Saat:22:11
Haqqımızda

Ərdoğan Paşinyanı qəbul edib - Açıqlama

2025-09-01 10:15:04

Ərdoğan Paşinyanı qəbul edib - Açıqlama

Hurriyyet.az xəbər verir ki, Çində səfərdə olan Türkiyə Prezidenti R.T.Ərdoğanla Ermənistanın Baş naziri N.Paşinyan görüş keçiriblər. 
Türkiyə Prezidenti Aparatının mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Prezident Ərdoğan Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin gedişindən məmnun olduğunu bildirib. Açıqlamada deyilir: "Türkiyə bölgədə sülhü, sabitliyi və inkişafı dəstəkləyir və bu prosesə öz töfhəsini verməyə davam edir".
Türkiyə Prezidenti qeyd edib: "Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımların qiymətəndirilməsi işləri aparılır".
Hürr Tərcüman