Ərdoğan: "İlham Əliyev Zəngəzura böyük əhəmiyyət verir"
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.ƏRdoğan Zəngəzur dəhlizinin son dərəcədə mühüm olduğunu söyləyib. Ərdoğan deyib: "Azərbaycan Prezidenti İlahm Əliyev də Zəngəzura böhük əhəmiyyət verir. Dərhal xətti hazır edib, oradan həm Azərbaycan, həm də bölgə üçün istifadə etmək, faydalı etmək istəyir. İnanıram ki, bu məsələni birlikdə həll edəcəyik".
"Haber Qlobal" kanalının məlumatına görə, Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərlə görüş keçirib.
Ərdoğan deyib: "Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, bölgədəki digər ölkələrə də fayda verəcək. Biz bu xətti eyni zamanda geoiqtisadi müstəvidə son dərəcədə mühüm məsələ hesab edirik. Bu xətt bölgəmizin xaricindəki coğrafiyaları da bir-birinə bağlayacaq və ticarəti canlandıracaqdır. Bu xəttin ayrılığı mənbəyi deyil, konsensus simvoluna çevriləcək. Bu, bölgəni əməkdaşlığın hökm sürdüyü, çiçəklənən bir sahəyə çevirəcək. İnanıram ki, region ölkələri olaraq, biz bu məsələni konsensus yolu ilə həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük əhəmiyyət verir".
Hürr Tərcüman
