Ərdoğan görüşdən danışdı: Putin söz verdi
"Cənab Putinlə çox məhsuldar, əhatəli və dərin bir görüş keçirdik. Görüşümüz zamanı onu istənilən vaxt gözlədiyimi xüsusi olaraq bildirdim. Həmçinin mümkün qədər tez görüşməyin vacibliyini də müzakirə etdik”.
Hurriyyet.Az Ölkə.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşü və Türkiyəyə gözlənilən səfəri barədə danışarkən deyib.
“O, "vədimə əməl edəcəyəm" dedi. Ümid edirəm ki, bu səfəri çox tezliklə edəcəyik. Rusiya ilə münasibətlərimiz qısamüddətli hesablamalara əsaslanmır; onlar dərin köklü tarixə, güclü diplomatik təmələ və qarşılıqlı etimada əsaslanır. Əsasən müharibə və sülh səylərini müzakirə etdik. Bütün aktorlar kimi, cənab Putin də Türkiyənin bu məsələdəki mövqeyini çox yaxşı bilir. Biz inanırıq ki, bu müharibə çoxdan bitməli idi və bunu bütün həmkarlarımıza açıq şəkildə bildiririk", - Prezident Ərdoğan qeyd edib.
Mürtəza
