Əmirifərdən ŞOK İDDİA: "Bu baş versəydi, Pezeşkian öldürüləcəkdi"
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın dövründə Prezident Administrasiyasında mədəniyyət müşaviri vəzifəsində çalışmış Abbas Əmirifər kəşfiyyat (ETTELAAT) naziri İsmail Xətibi tənqid edib və 12 günlük İran-İsrail müharibəsi zamanı SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin öldürülməsi ilə bağlı detalları açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, o bu barədə "DidarNews" saytına müsahibəsində danışıb.
“Hacızadənin yaxın dostu onu səhər saat 5-də İsrailin hədəf aldığı səkkiz SEPAH komandiri ilə görüşə aparıb. Deyirlər, bu adam həbs olunub, məhkəməsini gözləyirik", - o, deyib:
O, İranın təhlükəsizlik sistemini də “çuxur” kimi xarakterizə edib və İsrailin İranın Ali Milli Təhlükəsizlik Şurasının iclas yerinə hücumuna toxunaraq bildirib:
“Sonuncu bomba işə düşmədi, əks halda prezident Pezeşkian, parlament sədri Qalibaf və Məhkəmə Sisteminin sədri Ejei bir yerdə öldürüləcəkdilər”.
Publika.az
