Saat:18:57
Haqqımızda

Əminə Yusifqızı vəfat etdi - Yenilənib

2025-10-09 16:02:32

Əminə Yusifqızı vəfat etdi - Yenilənib

Xalq artisti Əminə Yusifqızı vəfat edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Report”a Xalq artistinin yaxınları məlumat verib.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar oktyabrın 9-u saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

Məlumata görə, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub: “Bu zaman Xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb”.

Qeyd edək ki, sentyabrın 24-də Xalq artistinin 89 yaşı tamam olub.