Əlvida KTMT? Ermənistan NATO təlimlərinə qoşulacaq
2025-07-15 14:06:47
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistan hərbçiləri bu il keçiriləcək "Agile Spirit 2025" adlı NATO təlimlərində iştirak edəcəklər. Erməni hərbçilər yapon hərbçilərlərlə birlikdə müşahidəçi kimi iştirak edəcəklər.
Bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Hərbi təlimlər 25 iyul tarixində, Gürcüstanda başlanacaq, avqustun 6-na qədər davam edəcək.
Təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukrayna təmsilçiləri iştirak edəcəklər. Ermənistanla Yaponiya təmsilçiləri isə müşahidəçi olacaqlar.
Hürr Tərcüman
