Saat:12:23
Haqqımızda

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

2025-12-10 10:11:12

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Azərbaycan prezidentinin bu qərarını və bəyanatını yüksək qiymətləndirirəm, çünki bu, çox vacib və müsbət bir hadisədir. Cəmi bir neçə ay əvvəl qeyri-mümkün görünən hadisə indi reallığa çevrilib: taxıl Qazaxıstandan Ermənistana dəmir yolu ilə Azərbaycan və Gürcüstan vasitəsilə daşınıb.

Hurriyyet.az xəbər verir ki, bunu Berlində səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın öz ərazisindən İrəvana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına toxunarkən deyib.

Paşinyan bildirib ki, bu, müstəqil Ermənistanın tarixində görünməmiş bir hadisədir:

“Ermənistan həm siyasi, həm də texniki cəhətdən bu gün Türkiyə ilə Azərbaycan arasında yük daşımalarını açmağa və öz ərazisindən keçməsinə icazə verməyə hazırdır. Əminəm ki, sülhün bərqərar olması üçün gündəlik çalışmaqla, Vaşinqton bəyannaməsinin mətninə və ruhuna riayət etməklə və bu prosesi poza biləcək fikirləri rədd etməklə Ermənistan və Azərbaycan hökumətləri iki ölkə arasında davamlı sülhü təsis edə biləcək”.