Əlisəmid Kür vəfat etdi
2025-10-13 09:37:20
Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər.
Ailəsinin bildirdiyinə görə, o bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu Xəstəxanası) 71 yaşında vəfat edib.
Əlisəmid Kür bu gün Salyan rayonunda dəfn ediləcək.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
Qafqazinfo.az
