Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə...”
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri xanımının ermənicə danışması, Ramiz Mehdiyevin erməni əsilli arvadı ilə vaxtaşırı Badamdardakı villada görüşlər keçirməsi və s. barədə iddiaları cavablandırıb.
Hurriyyet.az musavat.com-a istinadla xəbər verir ki, o, Xural TV-nin rəhbəri Əvəz Zeynallının bu iddialarını əsassız adlandırıb:
“Əvəz Zeynallı Ramiz Mehdiyevdən danışarkən mənim ailəmin guya Ramiz Mehdiyevin ailəsi ilə erməni dilində danışdığını deyir və guya Badamdarda villa tikintisində işləyən fəhlənin ona dediklərinə istinad edir. Sonra deyir ki, bilmirəm o fəhlə sağdır, ya ölüb, hətta həmin fəhləyə təşəkkür edir.
Əvvəla, mənim ailəm Ramiz Mehdiyevin ailəsinin heç üzünü də görməyib və erməni dilində bir söz də bilmir. Mənim Badamdarda heç bir villam yoxdur. Ailəm isə Qarabağlıdır, Ağcabədidə dünyaya göz açıb. Əvəz Zeynallının dedikləri ifrat dərəcədə şər və böhtandır. O birinci dəfə deyil ki, ünvanıma şər-böhtan danışır. Özü də sifarişlə”.
