Eldar Qəribovun "Unibank"ında maraqlı QAYDA - 100 dollardan aşağı əskinaz xırdalanmır?
2025-10-02 19:56:05
"Unibank" filiallarında 100 dollardan aşağı əskinazların xırdalanmasına icazə verilmir.
Hurriyyet.Az 32gun.az-a istinadla xəbər verir ki, bunu Ceyhun Abdulrəhimov adlı sosial şəbəkə istifadəçisi bildirib.
Onun sözlərinə görə, müştərilər yalnız iri nominallı dollar əskinazlarını dəyişə bilirlər.

Qeyd edək ki, Hazırda “Unibank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti olaraq Heybət Qədirov icra edir.

Bankın əsas səhmdarı və Müşahidə Şurasının sədri isə Eldar Qəribovdur.

Ayaz
