Eks-prezidentin oğlu saxlanıldı – Külli miqdarda silah, narkotik və pul götürülüb
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin oğlu saxlanılıb. Kadırbek Atambayev və bir neçə siyasətçi ölkədə kütləvi iğtişaşların təşkilində şübhəli bilinirlər.
Hurriyyet.az bildirir ki, bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Kadırbek Atambayev, Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Damir Musakeyev, Sosial Demokrat Partiyasının lideri Temirlan Sultanbekov, Qırğızıstan parlamentinin keçmiş deputatları Şailobek Atazov və Kubanıçbek Kadırov saxlanılıblar.
“Axtarışlar zamanı silah, döyüş sursatı, qumbaraatan, rabitə vasitələri, maliyyə sənədləri, tədbirlər planı, narkotik vasitələr və ümumilikdə 150 min ABŞ dolları məbləğində nağd pul götürülüb”, - Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Saxlanılanlara qarşı Qırğızıstan Cinayət Məcəlləsinin “Kütləvi iğtişaşlar təşkil etməyə hazırlıq” maddəsi ilə ittiham irəli sürülüb.
Onlar müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
AzPolitika.info
