Əkrəm İmamoğlu məhkəməyə çıxarılır
2025-11-25 14:58:40
İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Əkrəm İmamoğlu ilə bağlı aparılan cinayət işinin istintaqı tamamlanıb.
Hurriyyet.az xəbər verir ki, genişmiqyaslı istintaq çərçivəsində 105-i həbsdə olmaqla, ümumilikdə 407 şübhəli barəsində hazırlanan ittihamnamə məhkəmədə qəbul edilib.
İttihamnamənin qəbul edilməsi ilə iş məhkəmə icraatına çıxarılır.
Xatırladaq ki, Əkrəm İmamoğlu bu ilin martında saxlanılıb və ona qarşı "çıxar məqsədli cinayət təşkilatı" qurmaq ittihamı irəli sürülüb.
