Saat:03:27
Haqqımızda

Əhaliyə VACİB XƏBƏR: Manat dəyişə, yeni pul vahidi yarana bilər - Bu HALDA

2025-12-04 19:32:52

Əhaliyə VACİB XƏBƏR: Manat dəyişə, yeni pul vahidi yarana bilər - Bu HALDA

Azərbaycan milli valyutasının dəyişdirilməsi və ya yeni pul vahidinin dövriyyəyə buraxılması məsələsi bəzən ictimai gündəmə gəlir. Maraqlıdır, hansı hallarda milli valyutanın dəyişməsinə, yeni pul vahidinin dövriyəyə buraxılmasına zərurət yaranır?

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, hazırkı şəraitdə buna heç bir ehtiyac yoxdur.
Ekspert xatırladıb ki, Konstitusiyaya əsasən Azərbaycanın pul vahidi manatdır və yalnız xüsusi hallarda denominasiya həyata keçirilə bilər:

“Denominasiya – yəni pulun miqyasının dəyişdirilməsi son dəfə 2006-cı ildə aparılıb. O zaman köhnə manat xeyli dəyərdən düşmüşdü. 5 min manatın 1 manata çevrilməsi ilə sıfırlar yığışdırıldı. Bu addım ona görə atılmışdı ki, dövriyyədəki böyük rəqəmlər hesablamanı çətinləşdirirdi, milyonlarla əməliyyat aparmaq lazım gəlirdi.”

Əkrəm Həsənov: “Qan görməyən oğlan “maymaq” olacaq”

Ə.Həsənov qeyd edib ki, hazırda belə bir vəziyyət mövcud deyil:

“2015–2016-cı illərdə manat dəyərdən düşsə də, bu, kütləvi denominasiya zərurəti yaradacaq səviyyədə olmadı. İndi də biz böyük məbləğləri min manatlarla, yüz manatlarla rahat şəkildə hesablayırıq. Buna görə yeni pul vahidinin buraxılmasına və ya manatın dəyişdirilməsinə ehtiyac yoxdur.”

Ekspertin sözlərinə görə, mövcud iqtisadi şərait milli valyutanın yenilənməsi üçün əsas yaratmır və bu məsələ gündəmdə deyil.

 

Aynurə İsmayıl