Saat:07:57
Haqqımızda

Əfqanıstanda zəlzələnin dəhşətli statistikası

2025-09-04 15:15:37

Əfqanıstanda zəlzələnin dəhşətli statistikası

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstanda baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 2,2 min nəfəri ötüb.
"Taliban"ın rəsmi təmsilçisinin müavini Həmdulla Fitrətin açıqlamasına görə, zəlzələ nəticəsində 2205 nəfərin həlak olduğu, 3640 nəfərin yaralandığı barəsində məlumat var.
Fitrət X hesabında yazıb: "Kunardakı zəlzələnin qurbanları barəsində məlumat yenilənib. Həlak olanların ümumi sayı 2205 nəfər, yaralananlar isə 3640 nəfərdir".
Hürr Tərcüman