Saat:13:44
Haqqımızda

Əfqanıstanda bayram - İnternet bərpa edildi

2025-10-02 17:25:27

Əfqanıstanda bayram - İnternet bərpa edildi

Hurriyyet.az xəbər verir ki, Əfqanıstan sakinləri İnternetin yenidən qoşulmasını qeyd edirlər
BBC telekanalının məlumatına görə, Əfqanıstan sakinləri təxminən iki gün ərzində ölkə hakimiyyəti tərəfindən kəsilən internetə çıxışın bərpasını qeyd etmək üçün küçələrə çıxıblar.
Yerli jurnalistlərin və "NetBlocks" şəbəkə monitorinq xidmətinin məlumatına görə, ölkədə internet xidmətinin “qismən bərpası” baş verib. Kabulda yüzlərlə insan bu hadisəni qeyd etmək üçün küçələrə çıxıb. BBC kanalı sakinlərdən birinin sözlərini sitat gətirir: "Hər kəs xoşbəxtdir, əlində cib telefonunu tutur və yaxınları ilə danışır".
Sentyabrın 30-da bütün Əfqanıstan ərazisində internetin tamamilə kəsilməsi elan edilmişdi. 2021-ci ildən hakimiyyətdə olan "Taliban" bu addımı “əxlaqsızlığın qarşısının alınması” zərurəti ilə əsaslandırmışdı.
Hürr Tərcüman

 


Load Time (S) : 0.626629