Saat:18:47
Haqqımızda

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının nümayəndələri üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib

2025-12-11 17:01:11

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının nümayəndələri üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Aparatının şöbə müdirləri və Xidmətin regional idarələrinin rəhbərləri üçün 5 saylı Bakı DOST mərkəzində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda növbəti təlim keçirilib.

Təlimdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və digər əməkdaşlar tərəfindən iştirakçılara informasiya əldə etmək hüququnun təmin edilməsinin dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın və vətəndaş məmnuniyyətinin artırılması baxımından mühüm mexanizm olduğu diqqətə çatdırılıb.

Eyni zamanda, informasiya sahiblərinin vəzifələri, informasiya sorğusu, onun icra müddəti və imtina səbəbləri, informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxılmasının xüsusiyyətləri, həmçinin Ombudsmanın müvafiq protokol tərtib etmək səlahiyyətləri barədə məlumat verilib.

İnteraktiv şəkildə təşkil olunan təlimdə mövzu üzrə müzakirələr aparılıb, iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

Təlimin sonunda Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququ ilə bağlı hazırlanmış maarifləndirici çap vəsaitləri iştirakçılara təqdim olunub.

Hurriyyet.az