Saat:12:33
Haqqımızda

ƏƏSMN tabeliyindəki DOST Agentliyinin əməkdaşları üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda növbəti təlim keçirilib

2025-11-19 11:13:35

ƏƏSMN tabeliyindəki DOST Agentliyinin əməkdaşları üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda növbəti təlim keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Ombudsman Aparatının əməkdaşları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) vəzifəli şəxsləri və əməkdaşları üçün “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda təlim keçirilib.

Təlimdə İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və digər əməkdaşlar tərəfindən çıxışlar edilərək, müasir dövrdə informasiya əldə etmək hüququnun mahiyyəti və bu sahədə beynəlxalq, həmçinin milli qanunvericiliyin tələbləri, Ombudsmanın informasiya əldə etmək hüququnun müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti, eləcə də dövlət orqanları və digər informasiya sahiblərinin bu istiqamətdə daşıdıqları öhdəliklər barədə geniş məlumat verilib.

Eyni zamanda, iştirakçılara “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi mexanizmləri, informasiya sahibləri, informasiya sorğularına cavab verilməsi qaydaları, eləcə də məsuliyyət yaradan hallar barədə ətraflı təqdimatlar edilib.

Daha sonra sual-cavab və açıq müzakirə zamanı iştirakçılar öz təcrübələrindən irəli gələn situasiyalar üzrə suallarını ünvanlayıblar. Ombudsman Aparatının nümayəndələri tərəfindən həmin suallar ətrafında izahlar və praktiki tövsiyələr verilib.

Sonda Müvəkkilin təşəbbüsü ilə hazırlanmış maarifləndirici çap vəsaitləri iştirakçılara təqdim olunub.