Saat:01:34
Haqqımızda

Ədliyyə Nazirliyində yüksək vəzifəyə - Təyinat

2025-07-23 16:37:58

Ədliyyə Nazirliyində yüksək vəzifəyə - Təyinat

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun Əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Sahib Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.