Ederson “Mançester Siti”dən “Fənərbağça”ya keçidi barədə danışıb
2025-11-12 20:43:06
“Maçester Siti”nin sabiq qapıçısı Ederson Türkiyə nəhəngi “Fənərbağça”ya transferinin səbəblərindən danışıb.
Braziliyalı futbolçu ötən mövsüm “Siti”dən ayrılmaq istədiyini, lakin bu istəyinin reallaşmadığını bildirib:
“Ötən mövsüm ‘Mançester Siti"dən ayrılmaq istədim, amma alınmadı. Bu, performansımı da təsirləndirdi – beş dəfə zədələndim və ən yaxşı formamda deyildim. Oradan ayrılmaq ailəmlə birlikdə aldığımız qərar idi. Bu dəyişiklik mənim üçün vacib idi. Əgər xoşbəxt deyilsinizsə, nəhəng klubda olmağın heç bir mənası yoxdur.”
Edersonun sözlərinə görə, o, karyerasında yeni bir səhifə açmaq və daha rahat mühitdə futbol oynamaq istəyib. \\Offsideplus.az
