DİQQƏT: Bank kredit kartı limitini icazəsiz artırsa, mütləq bunu edin...
Bankların müştərinin razılığı olmadan kredit kartı limitini artırması məsələsi tez-tez müzakirə olunur. Bəs, banklar müştərinin məlumatı olmadan kredit kartlarının limitini artıra bilərmi?
Mövzuya aydınlıq gətirən iqtisadçı Xalid Kərimli Konkret.Az-a açıqlamasında bildirib ki, bu məsələ qanunvericilikdə ayrıca və birmənalı şəkildə tənzimlənmir.
Onun sözlərinə görə, bankın kredit kartı limitini artırıb-artıra bilməməsi müştəri ilə bağlanmış müqavilənin şərtlərindən asılıdır. Kredit kartı təqdim edilərkən tərəflər arasında müqavilə imzalanır və bütün hüquq və öhdəliklər məhz həmin sənədlə tənzimlənir.
“Əgər müqavilədə bankın müəyyən hallarda müştərinin əlavə razılığı olmadan kredit limitini artırmaq hüququ nəzərdə tutulubsa, bu halda limit artımı mümkündür. Əks halda, bankın belə bir addım atması əsaslı sayılmır”, – deyə Xalid Kərimli vurğulayıb.

İqtisadçı əlavə edib ki, müştərilər kredit kartı ilə bağlı müqavilənin şərtlərini diqqətlə oxumalı və xüsusilə limit dəyişiklikləri ilə bağlı bəndlərə xüsusi diqqət yetirməlidirlər.
Aynurə İsmayıl
