Saat:17:46
Haqqımızda

Diplomat: "Türkiyə Amerikanın F-35 qırıcıları üçün Rusiyanın S-400 sistemlərindən imtina edəcək

2025-12-05 16:44:23

Diplomat:

Hurriyyet.az xəbər verir ki, "Blumberq" (Bloomberg) agentliyinin məlumatına görə, Birləşmiş Ştatların Ankaradakı səfiri Tom Barrak Türkiyənin Amerikanın F-35 qırıcıları naminə Rusiyanın S-400 sistemlərindən imtina etdiyini bildirib.
Onun sözlərinə görə, ABŞ-nin F-35 qırıcılarını satmağa razılıq verməsi üçün Türkiyə qarşıdakı altı ay ərzində Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən imtina etməyə hazırlaşır. 
Səfir bildirib ki, Rusiyanı altı il əvvəl tədarük etdiyi komlekslərdən praktikada istifadə edilmir. Lakin onların varlığı Türkiyə-Amerika münasibətlərində gərginlik yaratmağa davam edir. Barrak Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən konfransda deyib: "Bu məsələlərin yaxın dörd-altı ay ərzində həllini tapacağına inanıram".
Türkiyənin S-400 sitemlərindən imtina etməyə yaxın olduğu barəsində dəqiqləşdirici suala diplomat "Hə" cavabını verib.
Hürr Tərcüman