Saat:15:26
Haqqımızda

Diplomat: "ABŞ Türkiyənin qarşısına şərtlər qoyub"

2025-12-10 11:48:50

Diplomat:

Hurriyyet.az xəbər verir ki,  ABŞ-ın Ankaradakı səfiri Tom Barrakın sözlərinə görə, Vaşinqton  F-35 proqramına qayıtmaq üçün Türkiyədən Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən tamamilə imtina etməsini tələb edib. 
Səfir  sistemlərin taleyi ilə bağlı danışıqların davam etdiyini və Türkiyənin layihəyə yenidən qoşulmaq istəyini bildirib.
Barak Vaşinqton ilə NATO-nun mövqeyinin dəyişməz qaldığını vurğulayıb. O, Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasındakı təmasların  "onilliklərin ən məhsuldar" dialoqu olduğunu qeyd edib, "Ankara S-400-ə sahib olduğu müddətcə F-35 əldə edə bilməyəcək" deyib. Onun sözlərinə görə, ABŞ qarşıdakı aylarda bu istiqamətdə irəliləyiş olacağını gözləyir.
Hürr Tərcüman