Deputat: O boyda qəsəbədə mədəniyyət evi yoxdur
2025-11-20 15:11:47
Sumqayıt şəhərindəki kitabxanaların ciddi təmir işlərinə ehtiyacı var.
Hurriyyet.az xəbər verir ki, bunu deputat Elnarə Akimova Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, şəhərdəki kitabxanaların döşəmələri artıq yararsız hala düşüb: "Əsas problemlərdən biri isə budur ki, Cəfər Cabbarlı adına Mədəniyyət Evi bu gün qəzalı vəziyyətdədir. Halbuki bu mədəniyyət evi tarixi abidə olaraq qorunmalıdır".
E. Akimova qeyd edib ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində də mədəniyyət sahəsi ilə bağlı eyni hal yaşanır: "40 000-dən çox əhalisi olan qəsəbədə bir dənə də olsun mədəniyyət evi yoxdur".
Report.az
