Saat:23:52
Haqqımızda

Deputat: İcra hakimiyyətlərinin ləğvindən söhbət gedə bilməz

2025-11-13 20:55:38

Deputat: İcra hakimiyyətlərinin ləğvindən söhbət gedə bilməz

"İcra hakimiyyətlərinin ləğvindən söhbət gedə bilməz. Sadəcə olaraq, gələcəkdə adların dəyişdirilməsi mümkündür”. 

Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

Deputat əlavə edib ki, bunun üçün Konstitusiyada dəyişiklik edilməsinə ehtiyac var:

“Hazırda isə belə bir Konstitusiya dəyişikliyi nəzərdə tutulmur. Buna görə də icra hakimiyyətləri mövcud struktur kimi fəaliyyətini davam etdirəcək. Əksinə, Konstitusiyada xüsusi nümayəndəlik məsələsinin təmin olunması vacibdir. Gələcəkdə Konstitusiya dəyişikliyi olarsa, adların terminoloji dəqiqləşməsi həyata keçirilə bilər. Hələlik icra hakimiyyətləri Konstitusiyada nəzərdə tutulan qurumlar kimi fəaliyyətlərini davam etdirməlidirlər”.

Leyla Turan