Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanıldı
2025-11-15 19:20:24
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb.
Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının noyabrın 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
