Saat:13:44
Haqqımızda

"Darıxmayın, sizi başa salacaqlar” - Ustanın pulunu verməyən deputat hədələdi

2025-07-21 15:13:43

Qubalı deputat ustaların haqqını kəsib.

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.

Belə ki, Qubanın deputatı Əlibala Məhərrəmzadənin evində, bağında, villasında, otelində işləyən bir neçə nəfər "Sitat.info”-ya şikayət ünvanlayıblar. İşi görüb bitiriblər, pullarını ala bilmirlər. İddiaya görə, deputat ustaların haqqını kəsib.

Jurnalist məsələ ilə bağlı deputata tam mədəni formada zəng edib, onun da fikirini öyrənməyə çalışıb.

O isə kobud cavab verərək, jurnalisti hədələyib. "Siz şikayət qəbul edənsiniz? Darıxmayın, sizi başa salacaqlar” deyə cavab verib.

Jurnalistə şikayət edən ustaya isə Qubada təzyiq göstərildiyi bildirilir.


Load Time (S) : 0.618125