Saat:22:48
Haqqımızda

Danışıqlarda irəliləyiş var - Zelenski

2025-12-18 19:20:20

Danışıqlarda irəliləyiş var - Zelenski

Ukrayna Birləşmiş Ştatlarla sülh planı üzrə danışıqlarda irəliləyiş əldə edir.

Bunu ölkə Prezidenti Volodimir Zelenski Brüsseldə jurnalistlərə bildirib.

O hesab edir ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşlərin tezliyi də danışıqlarda irəliləyişin göstəricisidir.

V.Zelenski Rusiyanın təcavüzünün təkrarlanacağı halda Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində ABŞ-nin hərəkət alqoritmi barədə ətraflı cavab ala bilmədiyini vurğulayıb. \\Ölkə.az