Saat:16:08
Haqqımızda

Ceyhun Cəlilovun vəzifəsini bu şəxs icra edir

2025-11-13 14:26:34

Ceyhun Cəlilovun vəzifəsini bu şəxs icra edir

Naxçıvan Muxtar Respublikası Baş nazirinin səlahiyyətlərini icra edən şəxsin kimliyi məlum olub.

Hurriyyet.az-ın əldə etdiyi xəbərə görə, həmin vəzifəni Baş nazirin birinci müavini Elşad Əliyev yerinə yetirir.

O, 2018-ci ildən Baş nazirin birinci müavini vəzifəsində çalışır.

Naxçıvan MR Baş nazirinin yalnız bir müavini var. O da E.Əliyevdir.

Qeyd edək ki, muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov noyabrın 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub. Naxçıvan MR Ali Məclisi bununla əlaqədar olaraq həmin gün C.Cəlilovu Baş nazir vəzifəsindən azad edib.