Saat:23:33
Haqqımızda

Cənubi Koreyada keçmiş prezident seçki qanunlarını pozmaqda ittiham edildi

2025-12-24 20:07:21

Cənubi Koreyada keçmiş prezident seçki qanunlarını pozmaqda ittiham edildi

Xüsusi prokuror Min Çjun Gi komandası Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-Yola qarşı siyasi kampaniyanın maliyyələşdirilməsi qanununu pozduğuna görə əlavə ittihamlar irəli sürüb.

Bu barədə xüsusi prokurorun nümayəndələri məlumat yayıb. 
Xüsusi prokuror Min Çjun Ginin komandası keçmiş birinci xanım Kim Qon Hi qarşı qiymətli kağızlar fırıldaqçılığı və korrupsiya işlərini araşdırır. Müstəntiqlərin fikrincə, prezident seçkilərindən əvvəl 2021-ci ilin iyunundan 2022-ci ilin martına qədər Yun Sok-Yol və onun həyat yoldaşı adından bir neçə ictimai rəy sorğusu keçirilib. Sorğuların dəyəri 270 milyon von (185.000 dollar) olaraq qiymətləndirilir, lakin heç bir ödəniş edilməmişdir. Prezident seçkiləri 2022-ci il martın 9-da keçirilib.\\Yeniavaz.com