Cənubi Afrikanın Parisdəki səfirinin ölümü diplomatların "şübhəli" ölümlərini xatırlatdı
Hurriyyet.az xəbər verir ki, Cənubi Afrikanın Parisdəki səfiri Nkosinati Emmanuel Mthethvanın otelin 22-ci mərtəbəsindən yıxılaraq ölümündən sonra dünyanın müxtəlif yerlərində diplomatların şübhəli ölümləri maraq mövzusuna çevrilib.
29 sentyabr axşamı Fransada itkin düşdüyü bildirilən 58 yaşlı Mthethva, ertəsi gün Parisin 17-ci rayonundakı bir otelin qarşısında ölü tapıldı və bu, onun 22-ci mərtəbədən tullandığı ehtimalına səbəb oldu.
Fransa polisinin araşdırması davam edərkən, Mthethvanın ailəsi intihar iddialarını qəti şəkildə rədd etdi.
2016-2017-ci illər arasında dünyanın müxtəlif yerlərində səkkiz Rusiya diplomatının ölümü bir çoxlarının, xüsusən də ABŞ mətbuatının diqqətini çəkdi.
8 noyabr 2016-cı il prezident seçkilərindən sonra ABŞ mətbuatı bu diplomatların ölümünə şübhə ilə yanaşdı, baxmayaraq ki, onların ölümlərinin əksəriyyətində şübhəli halların olmadığı elan edildi.
Rəsmi məlumatlardakı uyğunsuzluqlar səbəbindən şübhələri ilk dəfə Nyu-Yorkdakı Rusiya konsulluğunda xidmət edən Sergey Krivovun ölümü ortaya çıxdı.
NURAY
