Saat:14:20
Haqqımızda

CENTCOM Suriyadakı fəaliyyəti barəsində açıqlama verdi

2025-11-13 11:53:04

CENTCOM Suriyadakı fəaliyyəti barəsində açıqlama verdi

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı 22 əməliyyatı dəstəkləyib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) oktyabr və noyabr ayları ərzində Suriyada İŞİD terror təşkilatına qarşı keçirilmiş 22-dən çox əməliyyata məsləhət, dəstək və yardım göstərdiyini bildirib.
CENTCOM yazılı açıqlamasında 1 oktyabr - 6 noyabr tarixləri arasında Birləşmiş Birgə Tapşırıq Qüvvəsi - Qətiyyət Hərəkatı və Suriyadakı yerli tərəfdaşları arasında keçirilən əməliyyatlara məsləhət, dəstək və yardım göstərdiyini bəyan edib.
Bəyanatda əməliyyatlar nəticəsində 5 İŞİD üzvünün zərərsizləşdirildiyi və 19 nəfərin əsir götürüldüyü bildirilir.
CENTCOM komandanı, admiral Bred Kuper açıqlamada bildirib: "Suriyada İŞİD təhlükəsi ilə mübarizədə əldə edilən bu uğur əhəmiyyətlidir. Biz İŞİD-in qalıqlarını təqib etməyə davam edəcəyik. Eyni zamanda, Qlobal Koalisiya ilə koordinasiyalı şəkildə təşkilatın yenidən qruplaşmasının və terror hücumlarını digər ölkələrə yaymasının qarşısını alacağıq".
Hürr Tərcüman