Cəmil Həsənli yenə DTX-yə çağırıldı
2025-12-16 14:03:11
Milli Şuranın sədri Cəmil Həsənli yenə DTX-ya çağırılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Cəmil Həsənli özü yayıb.
O bildirib ki, bu gün saat 3-də yenidən DTX-yə dəvət edilib.
Qeyd edək ki, C.Həsənli 30 noyabrda DTX-də şahid qismində ifadə vermişdi.
