Bu yaşa çatmış şəxslər də cəzadan azad olunacaq
2025-12-16 15:05:42
Xəbər verdiyimiz kimi, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcək şəxslərin dairəsi məlum olub.
Hurriyyet.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, cinayət törədərkən 18 yaşına çatmamış şəxslər və bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər də cəzadan azad ediləcəklər.
