Bu telefonların qiyməti BAHALAŞACAQ
2025-09-02 21:42:05
Dünyanın ən böyük istehsalçısı olan TSMC, qabaqcıl çip istehsal prosesləri üçün qiymətləri artırmağa hazırlaşır.
Apple və Nvidia kimi brendlər şirkətin yeni qiymət siyasətindən xüsusilə təsirlənəcək.
Tayvanda yerləşən TSMC, 5nm və daha aşağı istehsal texnologiyaları üçün 5-10 faiz qiymət artımını planlaşdırır.
Bununla yanaşı, şirkət köhnə nəsil çiplərə endirimlər etməyi planlaşdırır. Bu addım aşağı performanslı çiplərə tələbi canlı saxlamaq və bazarı tarazlaşdırmaq məqsədi daşıyır. \\KONKRET.az
