Bu tarixdə Bakıda qar yağacaq
2025-11-26 19:32:07
Bakıda yanvar ayında qar yağacağı ehtimal olunur.
Hurriyyet.Az-ın Metbuat.az-a istinadən məlumatına görə, bu barədə “AccuWeather” platformasının proqnozlarında göstərilir.
Proqnozlara əsasən, gələn ilin yanvarın 20, 21 və 23-də paytaxtda yağış və qar gözlənilir. Havanın temperaturu gündüz 8° isti, gecə isə 3° isti göstərilir.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti şəhərdə qarlı hava ilə bağlı hazırlıq işlərinə başlanıldığını bildirib.

