Bu şəxsləri 30 min manata qədər cərimə gözləyir - VİDEO
Bir çox gözəllik salonlarında lazer epilyasiyası xidməti lisenziyasız həyata keçirilir. Aparılan yoxlamalar bunu deməyə əsas verir.
Hurriyyet.Az bildirir ki, bu barədə danışan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin, Tibbi Nəzarət Şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva deyir ki, lazer epilyasiyası tibbi bilik tələb edən prosedurdur. Dərinin növü və vəziyyəti mütləq dermatoloq tərəfindən qiymətləndirilməlidir. Amma bu bir çox gözəllik salonunda yoxdur. Yəni lazer epilyasiyası kor-koranə edilir.
Mütəxəssis deyir ki, yoxlamalar zamanı lazer epilyasiya xidməti göstərən kosmetoloji mərkəzlərin çoxunun lisenziyası yoxdur. Belə xidmətlərə görə aktlar tərtib edilir və mərkəzlərin sahibləri inzibati qaydada cərimə edilirlər.
Daha ətraflı Xəzər TV-nin videomaterialında:
