Saat:18:50
Haqqımızda

“Bu qarşıdurma Gürcüstan siyasi səhnəsində də özünü göstərə bilər” - SİYASİ ŞƏRHÇİ

2025-12-11 17:47:17

“Bu qarşıdurma Gürcüstan siyasi səhnəsində də özünü göstərə bilər” - SİYASİ ŞƏRHÇİ

“Bu, çox güman ki, Gürcüstanda daxili siyasi sabitliyin qorunması üçündür. Çünki Gürcüstanda hələ də daxili siyasi sabitlik yoxdur”. 

Bu barədə Hurriyyet.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin siyasi eksperti Kənan Novruzov deyib.
“Gürcüstanda iqtidarla-tam müxalifət də demək istəmirəm-iqtidara əks olan qüvvələr hələ də qarşı-qarşıyadır. Hələ də həm hakimiyyətdə, həm də hökumətdə narazılıqlar var. Bir daha təkrar edirəm, bu, daxili siyasi sabitliyi qorumaqdan ötrüdür”,-deyə siyasi şərhçi əlavə edib.
K. Novruzov qeyd edib ki, bu gün Gürcüstan üzərində Rusiya və Avropa qarşıdurmasını hiss edirik: “Bu qarşıdurma yaxın zamanda Gürcüstan siyasi səhnəsində də özünü göstərə bilər. Yəni biz bu rəqabətin konkret təzahürlərini görə bilərik. Ola bilsin ki, həm də bu qanunun qəbul edilməsi ilə bir  preventiv addım atılır”. 
“Əslində, dinc yürüş demokratiyanın təzahürü kimi qiymətləndirilir, amma ikinci tərəfdən daxili siyasi sabitliyi, ictimai asayişi qorumaq naminə bu cür addımlara getməsi bəlkə də müəyyən mənada məqbul hesab oluna bilər. Amma bir daha təkrar edirəm ki, demokratiyanın əsas əlamətlərindən biri məhz dinc yürüşə şərait yaratmaqdır”,-deyə siyasi şərhçi vurğulayıb.
Qeyd edək ki, Gürcüstan KİV-nin yaydığı məlumata görə, Gürcüstan parlamenti “Toplantılar və nümayişlər haqqında” Qanuna düzəlişləri sonuncu - üçüncü oxunuşda qəbul edib. Artıq Gürcüstanda icazəsiz aksiyaya görə həbs cəzası tətbiq olunacaq.
CAVİD