Bu kollecə yeni direktor təyin edildi
2025-10-10 11:03:39
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin edilib.
Hurriyyet.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın əmrinə əsasən bu vəzifəyə Nasim Abışov gətirilib.
Qeyd edək ki, N. Abışov 178 nömrəli tam orta məktəbin və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin direktoru olub.
