Saat:20:38
Haqqımızda

Bu il Azərbaycanda mobil operatorlar 1,2 mlrd. manat gəlir qazanıb

2025-12-20 17:51:28

Bu il Azərbaycanda mobil operatorlar 1,2 mlrd. manat gəlir qazanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 3464,5 milyon manat təşkil edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1% çoxdur.

Dövr ərzində xidmətlərin 70,7%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 33,7%-i və ya 1166,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.