Saat:01:39
Haqqımızda

Bu iki ölkə arasında müharibə başladı

2025-12-09 00:39:55

Bu iki ölkə arasında müharibə başladı

Tayland və Kamboca arasında atəşkəs razılaşmasına baxmayaraq yenidən qarşıdurma baş verib.

Hurriyyet.az xəbər verir ki, sərhəddəki ərazi mübahisələri səbəbindən yenidən başlayan qarşıdurmalarda 4 Kamboca vətəndaşı həyatını itirib, 9 nəfər yaralanıb. Bu barədə açıqlama verən Kamboca İnformasiya Naziri Neth Pheaktra bildirib ki, sərhəd yaxınlığındakı müxtəlif kəndlərdən on minlərlə insan didərgin düşüb. Tayland ordusu isə 50000-dən çox insanın sərhəd yaxınlığındakı ərazilərdən qaçdığını və sığınacaqlarda məskunlaşdığını açıqlayıb.

Tayland Baş naziri Anutin Çarnvirakul, ölkəni müdafiə etmək və ictimai təhlükəsizliyi təmin etmək üçün zəruri hesab edildiyi təqdirdə hərbi əməliyyatların davam edəcəyini bildirib./metbuat