Bu gün Əli Kərimli ilə bağlı qərar veriləcək
2025-12-05 10:56:12
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verib.
Hurriyyet.az xəbər verir ki, bu gün (5 dekabr) saat 14:20-də Bakı Apellyasiya Məhkəməsində Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılacaq.
Qeyd edək ki, 1 dekabrda Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Əli Kərimli barəsində 2,5 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı CM-in 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Axar.az
