Bu görüntülərlə bağlı cinayət işi açıldı - VİDEO
2025-07-25 21:52:40
Zaqatalada ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
DİN Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, Zaqatala rayonunda ağacların kəsilməsi faktına görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
