Saat:22:56
Haqqımızda

Bu da İbrahim Borçalının 21 yaşlı gözəl qızı Aysun - VİDEO

2025-12-06 21:30:03

Bu da İbrahim Borçalının 21 yaşlı gözəl qızı Aysun - VİDEO

Tanınmış sənətçi İbrahim Borçalı qonaq olduğu "Rəngarəng" verilişində qız övladı Aysunla bağlı danışarkən duyğulu anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib.

İfaçı verilişdə qızına olan sevgisindən söz açaraq bildirib:

"Qızım mənə deyir ki, verilişlərdə hər kəslə mübahisə etmə, əsəbləşmə. Bu gün efirdə qonaqlardan danışanda da dedim ki, hamısı mənim əzizimdir. Qızım üçün yaşayıram, o nə deyirsə, mən də etməyə çalışıram".

İbrahim Borçalı Aysunun hazırda kosmetoloq işlədiyini və eyni zamanda təhsil aldığını vurğulayıb:

"Artıq 22 yaşına keçir. Qız övladı üçün ən vacibi bəxtinin gözəl olmasıdır. Var-dövlət axtarmaq boş şeydir".

Sənətçinin bu səmimi etirafları sosial şəbəkələrdə də müsbət qarşılanıb və geniş müzakirələrə səbəb olub.

 

Milli.Az