Saat:22:37
Haqqımızda

Bu, baş versə, Ermənistan Azərbaycana qarşı müharibəyə başlaya bilər - ŞOK DETALLAR

2025-12-18 22:05:54

Bu, baş versə, Ermənistan Azərbaycana qarşı müharibəyə başlaya bilər - ŞOK DETALLAR

“Paşinyanın hakimiyyətdən getməsi avtomatik olaraq müharibə ehtimalının yüksəlməsi demək deyil, lakin risk faktorlarını böyüdən ssenari yarada bilər. Əgər yeni erməni liderliyi daxili legitimlik qazanmaq üçün revanşist ritorikaya qayıdaraq Azərbaycana qarşı ərazi iddialarını rəsmi gündəmə gətirsə, bu, ilk növbədə siyasi və diplomatik gərginliyin artmasına səbəb olacaq. Belə bir xətt Ermənistan üçün beynəlxalq təcrid riskini yenidən gündəmə gətirər, çünki 2020-ci ildən sonra formalaşmış regional və beynəlxalq reallıqlar bu cür iddiaları legitim saymır. Üstəlik, Ermənistanın hərbi, iqtisadi və institusional imkanları yeni genişmiqyaslı müharibə aparmaq üçün kifayət etmir və bu, revanşist siyasəti daha çox daxili auditoriyaya hesablanmış populizmə çevirir”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva Konkret.Az-a açıqlamasında səsləndirib.

“Digər tərəfdən, Azərbaycan üçün əsas meyar ritorika yox, praktiki addımlar olacaq. Ərazi iddialarının rəsmi sənədlərə, hərbi hazırlıqlara və ya təxribatlara çevrilməsi təhlükəsizlik baxımından qırmızı xətlər kimi qiymətləndirilər”.

Paşinyanın Qərbin dəstəyilə hakimiyyətə gəlməsi...– Züriyə Qarayeva – ÖZƏL

Politoloq əlavə edib ki, bu halda Azərbaycan preventiv və ya məhdud cavab tədbirlərini istisna etməz, lakin genişmiqyaslı müharibə ssenarisi yalnız Ermənistan tərəfindən real təhlükə formalaşdırıldığı halda aktuallaşa bilər.

“Mövcud regional balans, Türkiyənin açıq dəstəyi və beynəlxalq aktorların yeni müharibədə maraqlı olmaması göstərir ki, eskalasiya ehtimalı var, amma müharibə Ermənistan üçün son dərəcə yüksək qiymətli və riskli seçim olaraq qalır”.

Aynurə İsmayıl