Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Kamal (Babayev) işdən çıxıb.
Hurriyyet.az xəbər verir ki, o, bir müddət əvvəl ali məktəbdən ayrılıb.
A.Kamal məlumatı təsdiqləyib.
BANM-in rektoru Elmar Qasımovun əmri ilə ali təhsil müəssisəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə yeni təyinat da olub. Bu posta Günel Abbasova gətirilib. O, əvvəllər müxtəlif media qurumlarında işləyib. Bir neçə ildir BANM-in İctimaiyyətlə əlaqələr şöbəsində çalışır.
Qeyd edək ki, Aqşin Kamal 2021-ci ildən etibarən Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edirdi. (Yenisabah.az)

