Saat:18:26
Haqqımızda

"Britaniya Ukraynaya qoşun göndərəcək"

2025-11-21 16:58:21

Hurriyyet.az xəbər verir ki, "Bloomberg" nəşri Böyük  Britaniyanın Ukraynaya hərbi hissələr göndərməyi planlaşdırdığını bəyan edib.
Nəşrin yazdığına görə, bir sıra kəşfiyyat missiyalarından sonra Böyük Britaniya hərbi əməliyyatların dayandırılacağı təqdirdə, Ukraynaya hansı hərbi hissələri göndərəcəyini müəyyən edib.
İngiltərənin müdafiə naziri Con Hili çərşənbə günü Plimutda keçirilən mətbuat konfransında bildirib ki, Böyük Britaniya yay ərzində Ukraynada hazırlıq yoxlamaları və kəşfiyyat əməliyyatları aparıb. Bundan sonra Böyük Britaniya "könüllülər koalisiyası"nın bir hissəsi olaraq, ölkəyə qoşun göndərmək planlarını yeniləyib. Xəbərdə bildirilir ki, Britaniyanın hərbi rəhbərliyi Ukraynaya hansı bölmələrin yerləşdiriləcəyini və qərargahlarının harada olacağını artıq müəyyənləşdirib.
Hürr Tərcüman