Saat:15:35
Haqqımızda

Britaniya ilə Ermənistan hərbi əməkdaşlıq məsələsini müzakirə ediblər

2025-12-05 14:28:28

Britaniya ilə Ermənistan hərbi əməkdaşlıq məsələsini müzakirə ediblər

Hurriyyet.az xəbər verir ki, Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Bernon Koaker ilə Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda hərbi əməkdaşlıq məsələlərini, həmçinin, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında məlumat verilib.
Açıqlamada deyilir: "dekabrın 5-də Ermənistanın müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyinin inzibati kompleksində Birləşmiş Krallığını müdafiə üzrə dövlət naziri, lord Vernon Rodni Koakeri və Böyük Britaniyanın Ermənistandakı ilk rezident-attaşesi mayor Tomas Şorland Bollu qəbul edib. Görüş zamanı Ermənistanla Birləşmiş Krallıq arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib".
Tərəflər əməkdaşlığın cadi vəziyyətini müsbət qiymətləndiriblər, onu inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.
Hürr Tərcüman