Saat:15:12
Haqqımızda

Böyük Britaniya Azərbaycan vətəndaşına sanksiyalar tətbiq etdi

2025-12-20 10:05:53

Böyük Britaniya Azərbaycan vətəndaşına sanksiyalar tətbiq etdi

Böyük Britaniya Azərbaycan vətəndaşı Çingiz Əliyevə qarşı sanksiyalar tətbiq edib.

Hurriyyet.az xəbər verir ki, sanksiya qərarında qeyd olunur:

“Böyük Britaniyanın daxili işlər naziri Çingiz Əliyevin strateji əhəmiyyət kəsb edən sektorda, yəni Rusiyanın enerji sektorunda fəaliyyət göstərən “Litasco Middle East DMCC” və “Litasco SA” şirkətlərində fəaliyyət göstərən müəssisənin direktoru vəzifəsində işlədiyi üçün Rusiya hökumətindən müavinət almaqda şübhələnir".

Qərar maliyyə sanksiyalarının, o cümlədən aktivlərin dondurulmasını və digər maliyyə məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur.

Yenisabah.az