BMT Rusiya və Azərbaycan münasibətləri ilə bağlı bəyanat verdi
2025-07-01 22:41:59
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya və Azərbaycan arasında gərginliyin artmasından xəbərdardır və iki ölkə arasında diplomatik həll yolunun tapılmasını dəstəkləyir.
Hurriyyet.Az xəbər verir ki, bu barədə brifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"Biz Azərbaycan və Rusiya Federasiyası arasında hər iki ölkədə insidentlərlə müşayiət olunan artan gərginlikdən xəbərdarıq. Ümid edirik ki, hər şey diplomatik kanallar vasitəsilə həll olunacaq", - o bildirib.
