Saat:04:46
Haqqımızda

BİZİM DƏ ÖZ OYUNLARIMIZ OLSUN - Yeni milli oyunların ixtiraçısı Rəsul Rəxşanlıdan Prezident İlham Əliyevə müraciət

2025-09-09 16:27:41

BİZİM DƏ ÖZ OYUNLARIMIZ OLSUN -  Yeni milli oyunların ixtiraçısı Rəsul Rəxşanlıdan Prezident İlham Əliyevə müraciət

Elm nominasiyası üzrə iki dəfə Humay milli mükafatı laureatı Rəsul Rəxşanlı milli oyun növümüzün yaradılması ilə bağlı maraqlı təkliflə çıxış edib. Hətta o, bu barədə qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə də müraciət edib. Onun müraciətini olduğu kimi dərc edirik:

Hörmətli Prezident!

Siz çıxışlarınzın birində demişsiniz ki, Respublikaya prezidentlik edəcəyiniz illərdə həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edəcək, bütün idman növlərinin inkişafını dəstəkləyəcəksiniz. Yaxşı olardı ki, bizdə də oyun yaradılaydı və Azərbaycan da İdman aləminə oyun vermiş ölkəyə çevriləydi.

Sizə məmnuniyyətlə bildirmək istəyirm ki, belə oyunlar yaratmaq mənə nəsıb olmuşdur. Belə ki, 6 ədəd idman intellektual masaüstü oyun dəsti və oyunlar ixtira edilmiş və 4 patent (şəkil 1) alınmışdır. İdman intellektual masaüstü oyunların yaradılması üsulları haqqında təlimat, kitab tapılmadı. Təhsil aldığım və ixtiralar etdiyim zəngin kimya elminin üsullarından, reaksiya növlərindən, prinsiplərindən istifadə etmək qərarına gəldim. Axtarışlar prosesində təxəyyüldən, məntiqdən, riyaziyyatdan da faydalanmağa ehtiyac yarandı. Yaradılmış 3 idman intellektual masaüstü oyun dəsti və oyunlar böyüklər üçün nəzərdə tutulmuşdur. Oyun dəstlərinin və oyunların necə yaradılması haqqında “Olimpiya dünyası” qəzetində (4-10 mart, 18-24 mart, 8-14 aprel 2025-ci il) yazılmışdır. 

                

Birincisi, 3 xanalı daş dəsti və oyunlardır. Dəst 36 ədəd daşdan ibarətdir. Xanalarda 1-dən 9-dək xal olur. Onların 9-u  triplet  (məsələn, şəkil 2, daşla a, b və ç) və 27-si sadə daşlardır (məsələn,  şəkil 2, daşlar c, d və e). Oyun zamanı gedişlər edilərkən hər oynanılan növbəti daş əvvəkinin sağ tərəfinə paralel qoyulur. Həmin daş əvvəlkinin 1 və ya 2 xanasını tuta bilir. Özü-nün isə 1 və ya 2 xanası isə azad qalır, oyunu davam etdirməkdən ötrü (şəkil 3). 

Kimyada olan izomerləşmə reaksiyasından istifadə etməklə xətti (düz) quruluşlu molekulu izo (şaxələnmiş) quruluşlu molekula çevirmək mümkündür. Birinçi dəstdəki daşları,  yəni  xətti (düz) quruluşlu molekulları  izo (şaxələnmiş) quruluşlu molekullara  çevirməklə nəyə nail olmaq mümkündür? İntellektual oyunlar aləmində analoqu olmayan oyun daşı və onun dəstini yarat-mış olarıq:         

İkinci, oyun daşları 3 guşəlidir və 36 ədəddən ibarətdir. Guşələrində 1-dən 9-dək rəqəm olur. Onların 9-u triplet (məsələn, şəkil 4, daşlar A  və B)  və 27-si sadə daşlardır (məsələn,  şəkil 4, daşlar C və Ç). Oyun zamanı gedişlər edilərkən hər növbəti daş oynanılmışların azad qalmış guşələrinə oynanıla bilər( şəkil 5). Oyun prosesində bu cür daşlar bir-birinə eyni rəqəmli guşələrin baş-başa qoyulması ilə davam edir. 6 ədəd izodaş baş-başa qoyularkən kimyadakı benzol halqası kimi 6 guşəli halqa alınar. Halqanın yapanmasını başa çatdırmaqdan ötrü sonunçu daşı oynayan oyunçu xal qazanır. Oyun bitdikdə çox halqa yaratmış oyunçu (şəkil 5) qalib olur.

Üçüncüsü,  dünyada çox geniş yayılmış və çox gəlirli backgamman oyunu ilə bağlıdır. Bu oyun XVIII əsrdə İngiltərədə yaradılıb  və III əsrdə İranda hazırlanmış nərd dəstində oynanılır. Zaman ötdükcə güçlü oyunçuların bir qismində daha yüksək intellekt tələb edən  backgammon oyununa tələbat üzə çıxır. Belə oyunu klassik nərd dəstində yaratmaq  cəhdləri nəticəsiz qaldı, çünki onun imkanları məhduddur.

Daha geniş imkanlara malik  yeni nərd dəsti hazırlandı: –zərlər 8 üzlu, daşların sayı 40 (=20+20), xanaların sayı 32(=8x4). Yaradılmış yeni backgammon-Bakı oyunu sələfi backgammon oyunundan yüksək oyundur. Yeni nərd dəstinin imkanları geniş olduğu kimi oyun qaydalarında da fərq vardır. Backgammon-Bakı oyununda daşların ilkin düzülüşü də sələfində olduğundan (şəkil 6) fərqlidir.

Təəssüflər olsun ki, indiyədək uşaqlar üçün məxsusi idman intellektual masaüstü oyunlar yaradılmamışdır. Onlar şahmat yarışlarında iştirak etmək məçburiyyətində qalmışlar. Lakin bu oyunlarda da yalnız 8 yaşından başlayaraq  iştirak edə bilirlər. İdman dünyasındakı bu boşluğu aradan qaldırmağa ehtiyac vardır. Mənim  göstərdim cəhdlər uğurlu alındı. Böyüklər üçün yarat-dığım oyunların hər birinin uşaqlar üçün variantlarını hazırlaya bildim. Daşlar sadə və  dəstlər-dəki sayları azdır. Oyun qaydaları analojidir.

Birinci, 3 xanalı daş dəsti və oyunlardır. Xanalarda 1-dən 3-dək xal olur. Dəst 18 ədəd daşdan ibarətdir. Daşların  3-ü triplet və 15-i sadədir. Oyun zamanı gedişlər edilərkən növbəti oynanılan hər daş əvvəkinin sağ tərəfinə paralel qoyulur. Həmin daş əvvəlkinin 1 və ya 2 xana-sını tuta bilir. Özünün isə 1 və ya 2 xanası oyunu davam etdirməkdən ötrü azad qalır.

İkinci oyun daşı 3 guşəlidir və dəsti 18  ədəddən ibarətdir. Daşların 3-ü triplet və 15-i sadədir. Guşələrində 1-dən 3-dək rəqəmlər olur. Oyun zamanı gedişlər edilərkən  növbəti hər daş oynanılmışların azad qalmış guşələrinə oynanıla bilər.

Üçüncüsü, nərd dəsti və oyunları ilə bağlıdır. İlk dəfə uşaqlar üçün  nərd dəsti hazırlandı: –zərlər 4 üzlu, daşların  sayı 20(=10+10), xanalar 16(=4x4). Döymə (backgamon) və uzun (longgamon) oyunlarının hər birini uşaqlar  iki variantda oynaya bilər.

Beləliklə, ilk dəfə olaraq  məhz Azərbaycanda uşaqlar üçün idman intellektual masaüstü oyun dəstləri və oyunlar yaradılmışdır. Oyun dəstlərinin və oyunların necə yaradılması haqqında “Olimpiya dünyası” qəzetində (15-21 aprel, 29 aprel-5 may, 13-19 may 2025-ci il) məlumat verilir. Nəticədə Azərbaycan  İdman aləminə oyunlar vermiş  de-yure ölkəyə çevrilmişdir. Lakin İdman aləminə oyunlar vermiş de-fakto ölkə olması üçün oyunlardan ən azı  biri üzrə yarış keçirilməlidir. Məhz bu halda Azərbaycan da de-fakto ölkəyə çevrilə bilər. Hindisdan (şahmata görə), İran (nərd), Misir (dama), Çin (domino), Macaristan ( kubik Rubik) və Yaponiya (go) kimi. Bu  yeniliklərə  görə ölkəmiz  dəfələrlə Ginnesin Rekordlar kitabına düşə bilər.

Hörmətli  Prezident!

Təbii  ki, Sizin istəyinizin yüksək səviyyədə yerinə yetirilməsi haqda şəx-sən Sizə  mənim  ixtiraçı olaraq  məlumat verməyim çox xoş olardı.  Siz isə daha çox xoşlayacağınız oyuna aid seçim edə bilərsiniz. Məhz həmin oyun üzrə ilk yarış keçirilə bilər. Nəticədə Azər-baycan da İdman aləminə oyun vermiş 7-ci de-fakto ölkəyə çevrilər. Fikrimcə, belə xoş məlumatı Sizə Respublikada idman məsələləri ilə məşğul olan qurumlardan birinin başçısı ilə birlikdə çatdırmağım daha xoş olardı. Odur ki, Prezident Administrasiyası Gənclər məsələləri və idman işləri şöbəsinin müdirinə bu haqda yazılı müraciət etdim. Mənə şifahi bildirildi ki, yarışların  keçi-rilməsi ilə Gənclər və İdman nazirliyi məşğul olduğundan nazirə müraciət etməyim münasib olardı. Bu ilin 8 avqust tarixində cənab Nazir nazirliyin əməkdaşlarının iştirakı ilə birlikdə mənim istəyimi  dinlədi. Lakin dedi ki, oyunlarla tanış olmağa indi vaxtı yoxdur və sonrakı görüşdə bunu edəcəkdir. Sonrakı görüşün vaxtını isə təyin etmədi. 10 gündən sonra növbəti görüşün günü ilə maraqlandım. Şöbə müdiri dedi ki, mənə bildiriləcək. Avqust ayı artıq bitdi. Təəssüf ki, cənab nazir oyunlarla tanış olmaq məqsədiylə 20-30 dəqiqəlik vaxt ayıra bilməmişdir. Hətta, hansı tarixdə ayıra biləcəyi haqda da məlumat verilməmişdir.

Əlavə olaraq iftixar hissi ilə qeyd  etmək olar ki, ikinci oyun dəsti  oyunu ilə yarış keçirə-cəyimiz halda Azərbaycan idman aləminə iki intellektul oyun vermiş ilk ölkə olacaqdır. Üçüncü oyun dəsti oyunu ilə yarış keçirəcəyimiz halda Azərbaycan idman aləminə üç  intellektul oyun vermiş ilk ölkə  imici qazanacaqdır. Azərbaycana  qürur verəcək digər məqam da vardır.  Bala-calar  üçün  oyunlardan hər hansı ilə  yarış keçirəcəyimiz halda  Azərbaycan idman aləminə ilk uşaq oyunu vermiş ölkə İmici qazanacaqdır. Daha sonra isə  iki  və üç oyun vermiş fəxri ölkə adına layıq görüləcəkdir.

Hörmətli Prezident!

İxtira edilmiş oyunlar  haqqında  Sizə məlumat verməkdən ötrü məni qəbul etməyinizi rica edirəm.

Rəsul RƏXŞANLI

Elm nominasiyası üzrə iki dəfə  Humay milli mükafatı laureatı. Şəkillər 1-6.